Fon der Lyayen ABŞ-nin tariflərinə reaksiya verdi
"Avropa İttifaqı (Aİ) tariflər məsələsində ABŞ ilə danışıqlara hazırdır".
TodayPress xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"ABŞ-nin elan etdiyi universal tariflər bütün dünyada biznes və istehlakçılar üçün ciddi zərbədir. Eyni zamanda, biz cavab verməyə hazırıq. Artıq polad tariflərinə qarşı ilk cavab tədbirləri paketini razılaşdırmışıq" deyə o yazıb.
Onun sözlərinə görə, Brüssel Vaşinqtonla danışıqların nəticəsiz qalacağı təqdirdə cavabını gücləndirməyə hazır olacaq. Fon der Lyayen dialoqa başlamaq üçün "hələ gec olmadığını" vurğulayıb.
Töhfə Səməd
tag: Ursula fon der Lyayen,Avropa Komissiyası,Avropa İttifaqı,Silahlanma,Todaypress.az,