Fon der Lyayen Avropanın yenidən silahlanacağını elan etdi
Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) ölkələrini yenidən silahlandırmaq planını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə AK-nin rəhbəri Ursula fon der Lyayen məlumat verib.
“Biz davamlı sülh istəyirik, lakin bu, yalnız güc üzərində qurula bilər. Və güc özümüzü gücləndirməkdən başlayır" deyə Avropa rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, Aİ-nin möhkəmləndirilməsi birləşmənin məqsədi olmalıdır.
Qeyd edək ki, Fon der Lyayen martın 6-da keçiriləcək Aİ liderlərinin sammitindən əvvəl planı 4 martda Aİ ölkələrinə təqdim edəcəyinə söz verib.
AK rəhbəri hərbi potensialın gücləndirilməsi barədə Avropa liderlərinə müvafiq məktub göndərmək planlarını açıqlayıb.
Töhfə Səməd
tag: Ursula fon der Lyayen,Avropa Komissiyası,Avropa İttifaqı,Silahlanma,Todaypress.az,