Fon der Lyayen Putin-Tramp söhbətini şərh etdi

Dünya

19.03.2025 18:35

2160

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Rusiya lideri Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında baş tutan telefon danışığının Ukrayna münaqişəsinin həlli istiqamətində atılan addım olduğuna ümid etdiyini bildirib.   

TodayPress xəbər verir ki, bu barədə o "X” sosial şəbəkəsindəki səhifəsində yazıb. 

 “Münaqişə hərtərəfli, ədalətli və davamlı sülhlə başa çatmalıdır” deyə o bildirib. Fon der Lyayen bir daha vurğulayıb ki, Avropa İttifaqı Ukraynanı dəstəkləməyə davam edəcək.   

Aysel Mətləb

tag: Putin,Rusiya,Tramp,ABŞ,Fon-Der Lyayen,Todaypress.az,