Fransa Almaniya sərhədi yaxınlığında nüvə silahı yerləşdirəcək

Dünya

18.03.2025 19:30

1833

Almaniya ilə sərhəddə yerləşən Fransanın "Luxeuil-en-Bains" hava bazası nüvə silahı daşıya bilən "Rafale" qırıcılarını qəbul edəcək.

TodayPress xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

“2035-ci ildə "Luxey" nüvə səsdən sürətli döyüş başlıqları ilə yeni "Rafale" modifikasiyasına ev sahibliyi edən ilk aviabaza olacaq" deyə Fransa lideri bildirib.

Fransa Senatının Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr Komitəsinin məlumatına görə, ilk "Rafale" hərbi bazaya hələ 2032-ci ildə gələcək və 2033-cü ildə onlar birinci eskadronun tərkibində uça biləcəklər. Ümumilikdə 40-a yaxın belə döyüşçü yerləşdiriləcək.

Töhfə Səməd

tag: Almaniya,Fransa,Luxeuil-en-Bains,Rafale,todaypress.az,