Fransa Avropanın Trampdan “boşandığını” bəyan etdi

Dünya

01.03.2025 14:58

1387

Fransanın keçmiş prezidenti Fransua Olland bildirib ki, Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında qalmaqalla bitən görüşdən sonra Amerika lideri artıq Avropanın müttəfiqi deyil. 

TodayPress xəbər verir ki, bu barədə “Le Monde” yazıb.   

Onun fikrincə, Vaşinqtonun son hərəkətləri ABŞ və Avropa arasında potensial “boşanma”dan xəbər verir. 

“Tramp artıq müttəfiq deyil, o, düşmənlərimizlə əlaqə saxlayır. Amerika xalqı bizim dostumuz olaraq qalsa belə, Tramp administrasiyasının özü artıq bizim müttəfiqimiz deyil” Olland bəyan edib.   

Qeyd edək ki, Tramp və Zelenski fevralın 28-də Vaşinqtonda görüşüblər.

tag: Fransa,ABŞ,Fransua Olland,Ukrayna,Todaypress.az,