Fransa hərbi bazalarını Seneqala təhvil verməyə başladı
Fransa paytaxt Dakarın Mareşal və Sen Ekzüperi
bölgələrindəki iki hərbi bazasını Seneqalın nəzarətinə verib.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bu
barədə Fransanın Seneqaldakı səfirliyi məlumat yayıb.
Bu, Fransa qoşunlarının Seneqaldan tamamilə
çıxarılmasının ilk mərhələsi olub.
Məlumatda qeyd olunur ki, digər obyektlər
razılaşdırılmış qrafikə uyğun olaraq Seneqala qaytarılacaq, amma dəqiq tarixlər
göstərilməyib.
Fransa qoşunların çıxarılması və hərbi obyektlərin
təhvil verilməsini koordinasiya etmək üçün Seneqalla birgə komissiya
yaratdığını elan edib. Komissiyanın ilk iclası fevralın 28-də baş tutub.
tag: Fransa, Hərbi, Baza, Obyekt, Qoşun, todaypress.az,