Fransa Hindistanı silahlandırır: 26 qırıcı verəcək

Dünya

28.04.2025 22:40

14

Hindistan Müdafiə Nazirliyi Fransa ilə 26 dəniz təyyarəsi "Rafale Marine"nin tədarükünü nəzərdə tutan saziş imzalandığını açıqlayıb.

TodayPress "İnterfaks"a istinadən xəbər verir ki, Hindistan Hərbi Dəniz Qüvvələrinə 22 birnəfərlik və 4 iki nəfərlik qırıcı təyyarə veriləcək.

Tədarük 2030-cu ilə qədər başa çatacaq.

Ekipajlar hər iki ölkədə təlimlər keçirəcək.

2016-cı ildə Fransa ilə bağlanan saziş çərçivəsində Hindistan Hərbi Hava Qüvvələri 36 "Rafale" qırıcısı alıb.

tag: Hindistan, Fransa,Rafale Marine, Dəniz , Hava Qüvvələri, todaypress.az,