Fransa Parlamenti Ukraynaya dəstək haqqında qətnamə qəbul etdi
Fransa Milli Assambleyası Ukraynaya dəstək və Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilərək Kiyevə yönləndirilməsinə çağıran qətnamə qəbul edib.
TodayPress xəbər verir ki, səsvermə palatanın rəsmi saytında canlı yayımlanıb.
Bildirilib ki, qətnamə simvolik xarakter daşıyır.
Sənəd 288 deputatın dəstəyi ilə qəbul edilib, 54 deputat isə əleyhinə səs verib.
Qətnaməni prezident Emmanuel Makronun “Renessans” partiyası, həmçinin sosialistlər, ekoloqlar, sağçı “Respublikaçılar” və keçmiş baş nazir Eduard Filippin “Horizontlar” partiyası dəstəkləyib.
Sənədin əleyhinə solçu “Tabe Olmayan Fransa” və Fransız Kommunist Partiyası səs verib. Sağçı “Milli Birlik” (Marin Le Penin fraksiyası) deputatları isə bitərəf qalıb.
Bundan əlavə, qətnamədə Avropa İttifaqının müstəqil müdafiə strategiyası qurmağa çağırıldığı da vurğulanır.
Qiymət Mahir
tag: Fransa,Ukrayna,Dəstək,Parlament,Qətnamə,Todaypress.az,