Fransa prokurorluğu Sarkoziyə 7 il həbs cəzası tələb edir

Dünya

28.03.2025 02:34

665

Fransa prokurorluğu ölkənin keçmiş prezidenti Nikola Sarkozini 2007-ci il seçki kampaniyasında Liviya hökuməti tərəfindən maliyyələşdirilməkdə ittiham edib.

TodayPress xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Bildirilir ki, 2007-2012-ci illərdə dövlət başçısı olmuş 70 yaşlı Sarkozini yeddi il həbs və 300 min avro cərimə gözləyir.

Sarkozi həqiqəti üzə çıxarmaq üçün mübarizəni davam etdirəcəyini bildirib. O, ittihamları yalan adlandırıb və günahsızlığını sübut etmək niyyətində olduğunu vurğulayıb.

tag: Fransa, Prokurorluq, Prezident, Nikola Sarkozini, Həbs, Liviya, todaypress.az,