Fransa Rumıniyada seçkinin nəticələrini qiymətləndirdi
“Rumıniyada sağçı siyasətçi Corce Simionun prezident seçkilərinin ikinci turuna keçməsi cəmiyyətin Avropa İttifaqına və Rusiyaya qarşı eskalasiyanı dəstəkləyən siyasətə qarşı çıxış etdiyini göstərir”.
TodayPress xəbər verir ki, bu fikirləri Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippo “RİA”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Simionun uğuru həm də millətlərin suverenliyini sarsıtmaq və Rusiya ilə müharibəyə çağıran qüvvələrə qarşı etirazın göstəricisidir.
Filippo Rumıniya prezidentliyinə namizəd Simionu ikinci turda dəstəklədiyini də açıqlayıb.
Qiymət Mahir
tag: Rumınıya,Seçki,Fransa,Rusiya,todaypress.az,