Fransa Rusiya aktivlərinin müsadirəsini təklif etdi

Dünya

04.03.2025 09:22

902

Fransa Avropa ölkələrinə təklif edib ki, Moskva mümkün atəşkəs rejimini pozacağı təqdirdə, Rusiyanın dondurulmuş suveren aktivləri müsadirə olunsun.

TodayPress xəbər verir ki, bu barədə “Financial Times” mənbələrinə istinadən məlumat yayıb.

Nəşrə görə, Paris bu addımı Ukrayna hakimiyyəti üçün təhlükəsizlik təminatı kimi görür.

Fransa müttəfiqləri təklifə müsbət yanaşıblar, lakin yekun razılaşma hələ əldə olunmayıb. Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərindən təzyiq vasitəsi kimi istifadə etməyi planlaşdırır.

Qiymət Mahir

tag: Fransa ,Rusiya ,Ukrayna ,Müsadirə ,Todaypress.az,