Fransa Rusiya kanallarının yayımını dayandırdı

Dünya

21.03.2025 14:50

1945

Fransanın media tənzimləyicisi "Arcom" Avropa İttifaqının (Aİ) sanksiyaları səbəbindən Rusiya telekanallarının yayımını qadağan edib.
TodayPress xəbər verir ki, bu barədə “Arcom” bəyanat yayıb.
Bildirilib ki, Rusiyanın "Beşinci Kanal"ı və "STS" telekanalı Aİ Şurasının 17 mart 2014-cü il tarixli Qətnaməsinə uyğun olaraq iqtisadi resursları dondurulan “JSC National Media Group”a aiddir.
Qeyd edək ki, daha əvvəl Rusiyanın "NTV Mir", "Rossiya 1", "Birinci Kanal" və "NTV" kanalları da sanksiyalara məruz qalıb. Bu qərara səbəb kimi nifrətin qızışdırılması, o cümlədən həqiqətə uyğun olmayan məlumatların çatdırılması göstərilib.

Türkan İsgəndərli

tag: Fransa,Rusiya,Telekanal,todaypress.az,Sanksiya,