Fransa Rusiya raketlərindən narahatdır
Avropanın hava hücumundan müdafiə sistemi Rusiya raketləri qarşısında həmişəkindən daha həssasdır.
TodayPress xəbər verir ki, bu barədə Fransanın “Meta Defense” nəşri yazıb.
Jurnalistlər Rusiya raketlərindən narahatdırlar, çünki Avropanın hava hücumundan müdafiəsi bir çox cəhətlərinə görə, Moskva qüvvələrindən geridə qalıb.
“Bu gün Avropa ölkələrinin silahlı qüvvələrinin 50-dən az “Patriot”, “SAMP/T” və “S-300” uzaqmənzilli zenit batareyaları var ki, onların da yalnız yarısı “İskəndər-M” kimi qısa mənzilli raketlərə qarşı raket əleyhinə qabiliyyətə malikdir” məqalədə qeyd edilib.
Əlavə olaraq bildirilib ki, 2029-cu ilə qədər vəziyyət dəyişməyəcək, çünki Avropa İttifaqının yerdən havaya sistemlərinin yalnız 35 faizi avropalıdır.
Bundan əvvəl “Meta Defence” Ukrayna müharibəsindən sonra Rusiya raketlərinin ehtiyatlarını qiymətləndirib.
Jurnalistlərin məlumatına görə, Rusiya anbarında 3000 “İsgəndər” raketi saxlayacaq.
Töhfə Səməd
tag: Fransa,Rusiya,Avropa,Raket,Todaypress.az,