Fransa Rusiyanın dondurulan aktivlərini ələ keçirəcək

Dünya

05.03.2025 10:34

2481

Fransa Ukraynaya kömək etmək üçün Rusiyanın dondurulmuş aktivlərini müsadirə edəcək. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.  Məlumata görə, Fransa hökumətinin üzvləri aktivlərin müsadirə edilməsi imkanını təkbətək müzakirə ediblər. 

Bildirilir ki, bu addım digər məsələlərlə yanaşı, Almaniya hökumətinin üzvləri ilə də müzakirə edilib.   

Müzakirələrdə Kiyev üçün kreditlərə zəmanət vermək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə imkanları barədə təkliflər irəli sürülüb. 

Türkan İsgəndərli

tag: Fransa,Rusiya,Dondurulmuş,Aktiv,Todaypress.az,