Fransa Senatı sabiq prezidentlərin üstünlüklərini ləğv etdi

Dünya

23.01.2025 20:00

1431

Fransa senatorları 2025-ci il büdcəsinə düzəlişi qəbul ediblər. 

TodayPress xəbər verir ki, bu barədə “PublicSenat” məlumat yayıb.

Bildirilir ki, şəxsi sürücüsü, əməkdaşları, xidməti avtomobil, hətta şəxsi katibliyi olan keçmiş prezidentlərin və baş nazirlərin qeyd olunan üstünlüklərinin ləğv edilməsi üçün düzəliş səsə qoyulub.

“Respublikaya xidmət göstərdiyinə görə daha ona xidmət etməyən vətəndaşlar üçün onların resurslarını saxlamağa heç bir əsas yoxdur. Ümumiyyətlə, onların dövlətin dəstəyinə o qədər də ehtiyacı yoxdur.  Hamısının müəyyən qədər pensiyası var” deyə düzəliş əsaslandırılır. 

Verilən qərar ilə ildə 2,8 milyon avroya qənaət ediləcəyi gözlənilir.

Xatırladaq ki, keçmiş dövlət başçıları kirayəsi və xərcləri dövlət tərəfindən ödənilən və keçmiş prezidentlik funksiyası ilə bağlı fəaliyyətlər üçün istifadə edilən binalarla təmin edilib.

Nicat Osman

tag: Fransa ,Senat,Respublika,Prezident,todaypress.az,