Fransa Seneqaldakı iki hərbi bazanı tərk etdi

Dünya

08.03.2025 13:45

1369

Fevralın 28-də ikitərəfli birgə komissiyasının qərarına və hərbi əməkdaşlıq haqda ölkələr arasında 2012-ci ildə imzalanmış hərbi müqaviləyə əsasən, Fransa tərəfi Mareşal və Sent-Ekzüperi bazalarında yerləşən obyektləri və yaşayış yerlərini Seneqala təhvil verib.

TodayPress xəbər verir ki, bu barədə Fransanın Seneqaldakı səfirliyi bəyanat yayıb.

Hann parkı yaxınlığında yerləşən bazaların təhvil-təslimi prosesinə 2024-cü ildən başlanılıb. Fransanın ölkədəki qalan hərbi bazaları isə öncədən razılaşdırılmış qrafik üzrə qarşı tərəfə təhvil verilməlidir.

Nicat Osman

tag: Fransa,Seneqal,Hərbi,Baza,Todaypress.az,