Fransa Ukrayna və ABŞ danışıqlarında iştirak etmək istəyir
“Paris ABŞ və Ukrayna arasında nadir metallar üzrə aparılan danışıqlarda iştirak etməlidir”.
TodayPress xəbər verir ki, bu barədə Fransa müdafiə naziri Sebastyan Lekornü bildirib.
Onun sözlərinə görə, Fransa Kiyev və Vaşinqton arasında gedən müzakirələrdə mütləq yer almalıdır. Paris, həmçinin, təkcə nadir metalların tədarükünü deyil, Ukraynada münaqişənin həlli məsələsini də gündəmə gətirmək niyyətindədir.
Qiymət Mahir
tag: Fransa,Ukrayna,ABŞ,Danışıqlar,todaypress.az,