Fransa universitetlərində hicab qadağan olunacaq

Dünya

09.05.2025 15:40

16

Fransalı siyasətçi Bruno Retailleau universitetlərdə hicabın qadağan olunmasını təklif edib.

TodayPress xəbər verir ki, o, bu barədə "RMC" telekanalına müsahibəsində deyib. 

Siyasətçi bu fikrini “klassik islam inancına uyğun gəlməyən islamçılığın artması” ilə əsaslandırıb.

Qeyd edək ki, Fransada 2004-cü ildən etibarən ibtidai və orta məktəblərdə hicab qadağandır, lakin bu qadağa universitetlərə şamil edilmir.

Türkan İsgəndərli

tag: Fransa,Hicab,Universitet,Təhlükə,todaypress.az,