Fransa və Almaniya Rusiyanın ehtiyatlarını müsadirə edə bilər

Dünya

05.03.2025 18:24

1398

Paris və Berlin müəyyən şərtlər daxilində Rusiyanın dondurulmuş ehtiyatlarının müsadirə edilməsi imkanlarını müzakirə etməyə başlayıblar.

TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. 

Bildirilib ki, ehtiyatlarla bağlı müzakirələr uzun müddətdir davam edir, lakin indiyə qədər Qərbi Avropa hakimiyyəti hüquqi və maliyyə nəticələrindən qorxaraq belə addımı atmaqdan imtina edirdi.

Lakin Donald Trampın gəlişindən sonra kəskin şəkildə dəyişən təhlükəsizlik vəziyyəti avropalıları Ukraynaya kömək etmək üçün yeni imkanlar axtarmağa vadar edir.

Nəşrə görə, Fransa hökumətinin üzvləri bir-biri və alman rəsmiləri ilə Ukraynaya yeni kreditlər vermək üçün Rusiyanın ehtiyatlarını müsadirə edə bilər. 

Qiymət Mahir

tag: Fransa,Almaniya,Rusiya,Ehtiyat,Todaypress.az,