Fransada ABŞ bayrağı yandırıldı

Dünya

03.04.2025 17:36

2803

Parisdə keçirilən etiraz aksiyaları zamanı tələbə nümayişçilər Amerika bayrağını yandırıblar.   

TodayPress xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb. 

Bildirilib ki, tələbələr və müəllimlər dövlət sektorunda ixtisarlara qarşı nümayiş etdirmək üçün küçələrə çıxıblar.

Onlar ABŞ prezidenti Donald Trampa və onun tarif siyasətinə qarşı şüarlar səsləndiriblər.   

Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına fişənglər atıblar.

Polis etirazçılara qarşı dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib. 

Türkan İsgəndərli

tag: Fransa,Etiraz,ABŞ,Bayraq,Yandırma,Todaypress.az,