Fransada birdəfəlik elektron siqaretlər qadağan edildi
Fransa parlamenti ölkədə birdəfəlik
elektron siqaretlərə qadağanı nəzərdə tutan qanunu qəbul edib.
TodayPress xəbər verir ki, qəbul olunmuş sənəd
siqaret çəkmək üçün əvvəlcədən doldurulmuş və yenidən doldurulması mümkün
olmayan elektron siqaretlərin Fransada satışını və ya başqa şəkildə yayılmasını
qadağan edir.
Qanun layihəsinin müəlliflərinin fikrincə, birdəfəlik
siqaretlərin çəkilməsi bir tərəfdən insanların, xüsusən də bu tip cihazlardan
çox istifadə edən tələbələrin sağlamlığına mənfi təsir göstərir. Digər tərəfdən
bu cihazların akkumulyatorları bir istifadədən sonra atıldığı üçün ətraf mühitə
də xeyli ziyan vurur.
Xatırladaq ki, bu qanun layihəsi fevralın 4-də Milli
Assambleya (parlamentin aşağı palatası) tərəfindən qəbul edilmişdi.
Bununla da Fransa Belçikadan sonra birdəfəlik elektron
siqaretləri qadağan edən ikinci Avropa ölkəsi olub.
tag: Fransa, Qadağa, Elektron Siqaret,Siqaret, Parlament,Hökumət, todaypress.az,