Fransada iki reaktiv təyyarə toqquşdu
Fransada iki reaktiv təyyarə toqquşub.
TodayPress-in məlumatına görə, bu barədə ölkənin
silahlı qüvvələrinin naziri Sebastyen Lekornu “X” sosial şəbəkəsində məlumat
verib.
“Fransanın şərqində “Patrouille de France”a məxsus iki
“Alpha Jets” təyyarəsinin manevrləri zamanı qəza baş verib. Xilasetmə
xidmətləri hadisə yerinə cəlb olunub” o yazıb.
“Puissance Television” portalında yayımlanan
görüntülərdən bəlli olur ki, iki təyyarə dönüş həyata keçirərkən toqquşub.
tag: Fransa, Təyyarə, Toqquşma, Alpha Jets, Qəza, todaypress.az,