Fransada naməlum şəxs yoldan keçənlərə hücum etdi, ölənlər var

Dünya

23.02.2025 06:43

2186

Fransanın Mulyuz şəhərində bıçaqla silahlanan şəxs yoldan keçənlərə hücum edib.


TodayPress xəbər verir ki, “BFMTV” kanalının prokurorluğa istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

 

Hücum günorta saatlarında yarmarka yaxınlığında baş verib.

 

İlkin məlumata görə, zərərçəkənlər bələdiyyə işçiləridir. Telekanalın məlumatına görə, şübhəli şəxs saxlanılıb.

 

Fransa Prezidenti Emmanuel Makron hadisəni terror aktı adlandırıb.

 

tag: Fransa, Ölüm, Yaralı, Bələdiyyə, Prezident, Makron, todaypress.az,