Fransada növbəti tətil
Fransada xüsusi təyinatlı polis briqadasının xüsusi təyinatlıları tətil elan edib.
TodayPress xəbər verir ki, bu barədə “TF1” telekanalı məlumat yayıb.
Etirazçılar əlavə iş saatlarına görə məvacibin artırılmasını, habelə hökumətin onların gördüyü işin həqiqətən çətin və təhlükəli olması faktını etiraf etməsini tələb ediblər.
Polis əməkdaşları etiraz aksiyasını tələbləri yerinə yetirilənə qədər davam edəcəklərini bildiriblər.
Nicat Osman
tag: Fransa,Polis,Xüsusi təyinatlı,Etiraz,Tətil,Todaypress.az,