Fransada polislər nümayiş zamanı göstərdikləri zorakılığa görə məhkəməyə çağırıldılar

Dünya

04.04.2025 05:56

1500

“Brav-M” polis məmurları pensiya islahatına qarşı nümayiş zamanı göstərdikləri zorakılığa görə mühakimə olunurlar.

 

TodayPress xəbər verir ki, ictimaiyyətə açıqlanan audioyazıda Parisdə pensiya islahatlarına qarşı nümayiş zamanı nümayişçilərə qarşı hədə-qorxu və təhqirlər aşkar edilib. 23 dəqiqəlik audioyazıda məmurların təhqiramiz ifadələr işlətdikləri və həbs olunan insanları, o cümlədən iki tələbəni, gənc qadın Salomeni və qrupdakı yeganə qaradərili Suleymanı təhdid etdiyi eşidilir.

 

Hadisələr 2023-cü il martın 20-də, Parisdə pensiya islahatına qarşı nümayişə təsadüf edir.

 

Onlar hadisələrdən iki il sonra məhkəmə qarşısına çıxarılıblar.

 

tag: Fransa,Polis, Zorakılıq, Təhdid, Paris, Nümayiş, Aksiya, todaypress.az,