Fransada qaz ehtiyatları 25%-dən aşağı düşdü
Saxlama qabiliyyətinə görə Avropanın ilk beş ölkəsi arasında yer alan Fransada yeraltı anbarlardakı (UGS) qaz ehtiyatları 25%-dən aşağı düşüb.
TodayPress xəbər verir ki, bu barədə Avropanın Qaz İnfrastrukturu (GIE) məlumat yayıb.
Fevralın 17-də Fransanın yeraltı qaz anbarları təxminən 3,2 milyard kubmetr olmaqla 24,87% dolu olub.
Qaz saxlama qabiliyyətinə görə, digər aparıcı ölkələr də toplanmış yanacaqdan fəal şəkildə istifadə edirlər.
Almaniyada UGS obyektləri 40,65%-ə, Avstriyada 54,27%-ə, İtaliyada 55,03%-ə, Niderlandda 29,79%-ə qədər dolub.
Avropada ən yüksək saxlama qabiliyyəti hazırda Portuqaliyada müşahidə olunur (100%-ə yaxın).
Həmçinin ehtiyatlara görə liderlər arasında İsveç (88,05%), İspaniya (66,87%) və Polşa (55,99%) da var.
Töhfə Səməd
tag: Qaz,Ehtiyat,Anbar,Fransa,Todaypress.az,