Fransada seçki gərginliyi
Fransanın ifrat sağçı Milli Ralli Partiyası parlament fraksiyasının rəhbəri Marin Le Penin 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirakına qadağa qoyulması siyasi dalana çevrilə bilər.
TodayPress xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.
Qəzet yazıb ki, bəzi aparıcı siyasətçilər bu qadağanın Fransa demokratiyasını sarsıdacağı ilə bağlı narahatdırlar.
Mövzu ilə bağlı keçmiş sağ mərkəzçi daxili işlər naziri Gerald Darmanin bildirib ki, Le Pen başqa yerdə deyil, seçkilərdə mübarizə aparmalıdır.
Qeyd edək ki, fransızların 37 faizi seçkilərdə Le Penə səs verməyə hazırdır.
Türkan İsgəndərli
tag: Fransa,Seçki,Gərginlik,Le Pen,Makron,Todaypress.az,