Fransada “Tesla”nın ofisi yandırıldı
Naməlum şəxslər “Tesla”nın Fransadakı ofisini yandırıblar.
TodayPress xəbər verir ki, bu barədə “La Depeche” yazıb.
Hadisə nəticəsində səkkiz avtomobil tamamilə yanıb, dörd avtomobilə isə ciddi ziyan dəyib. Ümumi zərərin 700 min avrodan çox olduğu bildirilir.
İlkin araşdırmalara görə, bir və ya bir neçə şəxs nümayəndəliyin ərazisinə daxil olmaq üçün məftil məhəccərin bir hissəsini kəsib, avtomobilləri yandırıb və hüquq-mühafizə orqanları gələnə qədər hadisə yerindən qaçıb.
Polis yanğını törədənlərin motivlərini hələ müəyyənləşdirməyib.
Ehtimal edilir ki, yanğını narazı müştərilər, avtomobil sənayesinə qarşı olan fəallar və ya “Tesla”nın qurucusu, ABŞ-nin keçmiş prezidenti Donald Trampın müttəfiqi İlon Maska qarşı çıxan şəxslər törədə bilər.
Hazırda heç bir qrup hadisəyə görə məsuliyyəti üzərinə götürməyib. “Tesla France” isə insidentlə bağlı şərh verməyib.
Nicat Osman
tag: Tesla,Fransa,Ofis,Hadisə ,Polis ,todaypress.az,