Fransada Ukrayna sammiti keçiriləcək

Dünya

21.03.2025 09:30

2417

Fransa prezidenti Emmanuel Makron Ukrayna sammitinin vaxtını açıqlayıb.

TodayPress xəbər verir ki, bu barədə "BFMTV" məlumat yayıb.

Onun sözlərinə görə, sammit martın 27-də Parisdə keçiriləcək. Makron görüşdə Ukrayna prezidenti Volodimir Zelenskinin də iştirak edəcəyini bildirib.

Görüşün məqsədi Kiyevə qısamüddətli dəstəklə bağlı öhdəliklərin və daha konkret hədəflərin təsdiqlənməsini təmin etməkdir.

Türkan İsgəndərli

tag: Fransa,Emmanuel Makron,Ukrayna,Zelenski,todaypress.az,