Fransanın Baş naziri Trampın Zelenskiyə münasibətini tənqid etdi

Dünya

04.03.2025 15:50

1813

Fransa Baş naziri Fransua Bayru ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskiylə Ağ Evdəki davranışını sərt tənqid edib.   

TodayPress Fransa KİV-ə istinadən xəbər verir ki, Bayru bunu Milli Assambleyada Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı debat zamanı bildirib. 

Baş nazir fevralın 28-də Ağ Evdə baş verən insidenti təəccübləndirici səhnə adlandırıb və bunun kobudluq və Ukrayna prezidentini alçaltmaq istəyi ilə müşayət olunduğunu vurğulayıb. 

Bayru ABŞ-də baş verən hadisələri nəzərə alaraq Avropa ölkələrinin öz təhlükəsizliyi və müdafiəsini təmin etməli olduğunu bildirib.   

“Biz güclüyük, amma bunu dərk etmirik. Özümüzü elə aparırıq ki, sanki zəifik” deyə o, qeyd edib. 

Qiymət Mahir

tag: Fransa,Baş Nazir,Fransua Bayru,Zelenski,Tramp,Todaypress.az,