Fransanın nüvə arsenalı Avropanı qorumaq üçün kifayət deyil

Dünya

17.03.2025 11:52

2702

"Fransanın nüvə arsenalı kiçik olduğuna görə bütün Avropanı müdafiə etmək üçün kifayət qədər böyük deyil və yalnız hipotetik münaqişə zamanı cavab zərbələri üçün bir vasitə ola bilər".   

TodayPress "CNN"ə istinadən xəbər verir ki, bunu nüvə silahları üzrə ekspert Yannik Pins deyib. 

Tədqiqatçı bildirib ki, Fransa yalnız strateji cavab tədbirləri ilə hədələməyə, yəni çəkindirici vasitə kimi düşmənə zərbələr endirməyə qadirdir.  Müttəfiqlərin Avropadakı Ali Baş Komandanının keçmiş müavini Mişel Yakovleff də Pinsin fikri ilə razılaşıb.

O qeyd edib ki, ABŞ-nin nüvə potensialı Fransanın imkanlarını xeyli üstələyir, bu səbəbdən də Avropa ölkəsinin arsenalı zərbələr üçün asan hədəfə çevrilə bilər. 

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bütün Avropa İttifaqını qorumaq üçün Fransanın nüvə silahından istifadə ilə bağlı müzakirələrə başlamaq qərarına gəldiyini bildirib. O, həmçinin vurğulayıb ki, rəsmi Paris Avropa müttəfiqlərinin nüvə çəkindirici qüvvələrlə müdafiəsi ilə bağlı strateji debat keçirmək niyyətindədir. 

Töhfə Səməd

tag: Fransa,Nüvə,Arsenal,Avropa,Todaypress.az,