Fransanın sabiq prezidenti: “Putinlə razılaşmaq üçün xüsusi təsir alətləri lazımdır”
“Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda xüsusi yanaşma və təsir mexanizmləri tələb olunur”.
TodayPress xəbər verir ki, bu fikirləri Fransanın sabiq prezidenti Fransua Olland alman “Die Zeit” nəşrinə müsahibəsində səsləndirib.
Olland bildirib ki, Putinə danışmağa imkan vermək lazımdır, lakin müəyyən məqamda onun nitqini yarımçıq saxlayıb, həm dediklərini, həm də etdiklərini qəbul etmədiyini açıq şəkildə bildirmək vacibdir:
“Putinlə razılaşmaq istəyirsinizsə, onu necə dinləməli və nə vaxt dayandırmalı olduğunuzu bilməlisiniz”.
Fransalı siyasətçi həmçinin qeyd edib ki, Ukraynaya təhlükəsizlik zəmanətləri verilməlidir. Onun fikrincə, bu məsələ münaqişənin həlli üçün ayrılmaz şərtdir.
Xatırladaq ki, 25 martda Kreml Rusiya və ABŞ arasında keçirilən danışıqların yekunlarına dair bəyanat yayıb.
Razılaşmaya əsasən Qara dənizdə ticarət gəmilərinin təhlükəsizliyi təmin ediləcək, enerji infrastrukturuna qarşı hücumlara 30 günlük moratorium tətbiq olunacaq, Rusiya kənd təsərrüfatı məhsullarının dünya bazarına çıxışına dəstək veriləcək.
Ukrayna tərəfi isə bu danışıqların nəticələrini tənqidlə qarşılayıb.
Qiymət Mahir
tag: Fransa,Fransua Olland,Rusiya,Ukrayna,ABş,Todaypress.az,