FSB terror təşkilatının üzvünü zərərsizləşdirdi

Dünya

03.03.2025 14:05

1471

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Moskva vilayətində sinaqoq və Moskva metrosunda terror aktları planlaşdıran  bir nəfəri  zərərsizləşdirib.

TodayPress xəbər verir ki, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Əslən Mərkəzi Asiya regionu ölkələrindən gələn və terror təşkilatının üzvü olan Rusiya vətəndaşı saxlanılıb. 

Terrorçu, Moskva vilayətindəki yəhudi dini müəssisəsində və Moskva metro stansiyalarından birində əldəqayırma partlayıcı qurğuları işə salmaq istəyib.

Hücumlardan sonra o, Əfqanıstana getməyi və orada Talibana qoşulmağı planlaşdırırmış.

Şübhəli şəxs saxlanılarkən FSB əməkdaşlarına silahlı müqavimət göstərib və nəticədə zərərsizləşdirilib.

Terror təşkilatına üzv olan şəxsin ərazidə kəşfiyyat aparması və PUA hazırlamaq üçün komponentlər alması məlum olub. 

İstintaq zamanı onun yaşadığı ünvanda odlu silah, silah komponentləri, kimyəvi maddələr və partlayıcı qurğuların yığılması üçün elementlər aşkar edilib.

Nicat Osman

tag: FSB,Terror,Rusiya,Şübhəli şəxs,todaypress.az,