FT: ABŞ və Ukrayna arasındakı saziş keçmiş yardımla bağlıdır
ABŞ-nin Ukraynanın təbii sərvətlərinə çıxışı ilə bağlı təklif etdiyi saziş Vaşinqtonun Kiyevə əvvəlki hərbi yardımı müqabilində resurslardan istifadəni nəzərdə tutub, lakin gələcəkdə yeni yardım imkanlarını əhatə etməyib.
TodayPress xəbər verir ki, bu barədə "Financial Times" (FT) yazıb.
“Sənədlə tanış olan şəxsin sözlərinə görə, Tramp tərəfindən irəli sürülən və Bessent tərəfindən təqdim olunan müqavilədə ABŞ-nin Ukrayna resurslarını keçmiş hərbi yardım qarşılığında əldə edəcəyi qeyd olunub, lakin gələcəkdə oxşar dəstəyin göstəriləcəyi ilə bağlı heç bir təklif yer almayıb” nəşrdə bildirilir.
Qiymət Mahir
tag: ABŞ,Ukrayna,Dünya,Saziş,todaypress.az,