FT: Aİ ölkələrində uzun mənzilli raket qıtlığı yarandı

Dünya

19.02.2025 12:50

1601

Avropa İttifaqı (Aİ) ölkələrinin orduları uzun mənzilli raketlərin kritik çatışmazlığı ilə üzləşir və bu, NATO-nun Avropadakı müdafiə qabiliyyətinə təhlükə yaradır. 

TodayPress xəbər verir ki, bu barədə "The Financial Times" (FT) alyans rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, Aİ ölkələri hərbi logistika baxımından da böyük problemlərlə üzləşib. Bundan əlavə, Avropa ölkələri vahid hava hücumundan müdafiə sistemini təmin edə bilmirlər.

Rəsmilər FT-yə bildiriblər ki, Aİ uzun mənzilli raketlər və digər kritik silah sistemləri üçün ABŞ-dən olduqca asılıdır. ABŞ prezidenti Donald Trampın dövründə Ağ Evin NATO ilə bağlı siyasəti dəyişərsə, Avropa müdafiə potensialını itirmək riski ilə üzləşəcək.

"Avropanın indi Ukrayna üçün böyük miqdarda artilleriya mərmisi istehsal etməsi fantastikadir. Bəs müasir döyüş sursatı və uzaqmənzilli raketlər, yeni nəsil silahlar necə? Bu güc yalnız Amerikada var" deyə rəsmilərdən biri qəzetə bildirib. 

Belçikanın müdafiə naziri Teo Franken də qeyd edib ki, Aİ-nin əsas müdafiə sistemlərinin əksəriyyəti hazırda ABŞ-də istehsal olunur.

NATO-nun keçmiş yüksək rütbəli rəsmisi Kamilla Qran əlavə edib: “Amerikalılar olmadan biz heç bir mürəkkəb hərbi əməliyyat keçirə, hətta sadə tapşırıqları yerinə yetirə bilmərik”.

Xatırladaq ki, ABŞ administrasiyasının hazırkı rəhbəri son günlər NATO-ya üzv dövlətlərin müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmalarını təmin etmək niyyətində olduğunu dəfələrlə təsdiqləyib. 2014-cü ilin sentyabrında Uelsdə keçirilən sammitdə “Rusiya təhlükəsi”ni əsas gətirərək hərbi xərclərin ölkənin ÜDM-nin 2%-nə qədər artırılması məqsədi qoyulmuşdu. 2023-cü ilin iyulunda Alyansın Vilnüsdə keçirilən sammitində qərara alınıb ki, ÜDM-in 2%-i NATO dövlətləri üçün hədəf yox, minimum müdafiə xərcləri səviyyəsinə çevrilsin. 

Töhfə Səməd

tag: Avropa İttifaqı,NATO,Uzun mənzilli,Raket,Ağ Ev,todaypress.az,