FT: Trampın USAID-i bağlaması onun ən böyük səhvi olacaq
ABŞ prezidenti Donald Trampın Beynəlxalq İnkişaf Agentliyini (USAID) bağlamaq qərarı onun ən böyük səhvi ola bilər.
TodayPress xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.
Məlumata görə, agentliyin əməkdaşları bu qərardan narazıdırlar.
Analitiklər USAID-in fəaliyyətinin dayandırılmasını Tramp üçün “yeni Əfqanıstan” adlandıraraq bunun hətta Əfqanıstandakı vəziyyətdən daha pis nəticələrə səbəb ola biləcəyini bildiriblər.
Məqalədə vurğulanır ki, USAID əməkdaşları fəaliyyət göstərdikləri ölkələri tələsik tərk etməyə məcbur olduqlarından və eyni zamanda sahibkar İlon Maskın onları mediada “cinayətkarlar və dələduzlar” kimi təqdim etməsindən ciddi narahatdırlar. Onların fikrincə, bu, həm agentliyin nüfuzuna, həm də ABŞ-nin beynəlxalq imicinə ciddi zərbə vuracaq.
Bundan əlavə, adının açıqlanmasını istəməyən yüksək rütbəli ABŞ rəsmisi Trampın bu qərarını məsuliyyətsiz addım adlandırıb. Onun sözlərinə görə, USAID-in bağlanması agentliyin xaricdə fəaliyyət göstərən əməkdaşlarını ciddi təhlükə altına qoyur.
Qiymət Mahir
tag: FT,USAID,Tramp,Financial Times,todaypress.az,