FTB agenti ABŞ-də məxfi məlumatları açıqlamaqda ittiham olunur

Dünya

20.03.2025 14:20

959

ABŞ hüquq-mühafizə orqanları Federal Təhqiqat Bürosunun (FTB) agentini məxfi məlumatları sızdırmaqda ittiham edərək həbs edib.

TodayPress xəbər verir ki, bu barədə “NYP” məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Nəşr bildirib ki, əks-kəşfiyyat zabiti Conatan Buma nəzarətə götürülüb.

Həmin şəxs martın 17-də Nyu-Yorkdakı Con Kennedi hava limanında beynəlxalq uçuş üçün qeydiyyatdan keçərkən həbs edilib.

Belə ki, ertəsi gün o, FTB-nin məxfi materiallarını çap etməkdə və sonra 2023-cü ildə bu məlumatı öz ortaqları ilə bölüşməkdə ittiham olunub.

Aysel Mətləb

tag: FTB,ABŞ,Əks-kəşfiyyat,Zabit,Həbs,Todaypress.az,