FTB Kennedinin işində məxfi səhifələr tapdı

Dünya

11.02.2025 14:20

1044

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-nin 35-ci prezidenti Con Kennedinin işi ilə bağlı 2400-ə yaxın məxfi sənəd aşkar edib. 

TodayPress xəbər verir ki, FTB onları prezident Donald Trampın başladığı araşdırma zamanı tapıb. 

Bildirilib ki, hələ çap olunmayan sənədlərin sayı 14 min səhifədir.   Xatırladaq ki, Tramp yanvarın 23-də Con Kennedi işi ilə bağlı bütün sənədlərin məxfiliyinin ləğvi barədə sərəncam imzalayıb.   

Sənədlərin dəqiq nə vaxt açıqlanacağı hələlik məlum deyil. 

Aysel Mətləb

tag: FTB,ABŞ,Kennedi,Məxfi,Todaypress.az,