Futbolçuları daşıyan avtobus aşdı
Qazaxıstanın Akmola vilayətində uşaq futbol komandasını daşıyan mikroavtobus aşıb.
TodayPress xəbər verir ki, bu barədə regional polis idarəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə "Astana-Ereymentau-Şidərtı" avtomobil yolunda baş verib.
Sürücü yük avtomobilini ötürərkən nəqliyyat vasitəsini idarəetmədə çətinlik çəkib və nəticədə mikroavtobus aşıb.
Qəza nəticəsində komandanın məşqçisi hadisə yerində dünyasını dəyişib.
Mikroavtobusda olan 14-16 yaşlı 16 uşaq isə müxtəlif xəsarətlər alıb və xəstəxanaya yerləşdiriliblər. Uşaqlar həkimlərin nəzarətindədirlər.
Hadisə ilə bağlı əlavə məlumat verən polis idarəsi bildirib ki, yarışa gedən komandaya patrul müşayiəti təmin edilməyib, şagirdlərini yarışa göndərən idman məktəbinin rəhbərləri polisə məlumat verməyiblər.
Türkan İsgəndərli
tag: Futbol,Avtobus,Qazaxıstan,Aşma,Todaypress.az,