G7 Çinin Tayvan ətrafında keçirdiyi təlimlərdən narahatdır

Dünya

07.04.2025 11:37

19

G7 ölkələrinin nümayəndələri Çinin Tayvan boğazında keçirdiyi hərbi təlimlərə cavab verib.   

TodayPress xəbər verir ki, bu barədə G7 xarici işlər nazirləri və Avropa İttifaqının ali nümayəndəsi birgə bəyanat yayıb. 

Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ nümayəndələri və Aİ-nin bəyanatında bildirilib ki, tez-tez baş verən və sabitliyi pozan hərəkətlər Boğazda gərginliyi artırır və qlobal təhlükəsizliyi təhdid edir. 

Onlar Tayvan boğazında sülh və sabitliyin qorunmasında maraqlıdırlar. 

Qeyd edək ki, Çin bu yaxınlarda Tayvan ətrafında "Strait Thunder-2025A" kod adlı növbəti hərbi təlimlərə başlayıb. 

Türkan İsgəndərli

tag: G7,Çin,Tayvan,Təlimlər,Narahatlıq,Todaypress.az,