“Garance” qasırğası Fransaya ciddi ziyan vurdu
“Garance” qasırğası Hind okeanındakı Fransanın Reunion adasını alt-üst edib.
TodayPress xəbər verir ki, bu barədə “NTV” məlumat verib.
Bildirilib ki, sürəti saatda 155 kilometrə çatan qasırğa binaların damlarını uçurub, küçə və prospektləri su basıb, avtomobilləri sel aparıb. 180 min təsərrüfatın elektrik enerjisi kəsilib, içməli su tükənib.
Fransanın dövlət xadim Patris Latron bildirib ki, indiyədək heç bir ölüm faktı qeydə alınmayıb.
Aysel Mətləb
tag: Fransa,Qasırğa,Yer ,Atmosfer,Maqnit,Todaypress.az,