Gömrük rüsumları ABŞ maliyyə bazarında narahatlıq yaradır
ABŞ fond bazarında müəyyən canlanma müşahidə edilsə də, Ağ Ev lideri Donald Trampın idxal tariflərini tətbiq etməsi investorların, treyderlərin və analitiklərin bazarı qəbul etmə tərzində böyük dəyişikliyə səbəb olub.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin məlumatına görə, artan risklər fonunda ABŞ aktivlərinə investisiya qoyuluşlarının məqsədəuyğunluğu ilə bağlı ciddi şübhələr yaranıb.
Bu isə ölkənin qlobal maliyyə sistemindəki lider mövqeyini itirə biləcəyi ilə bağlı narahatlıqları artırıb.
“Toews Asset Management” investisiya şirkətinin baş direktoru Fillip Tuz bildirib ki, gömrük rüsumlarının tətbiqi bazarlarda şok effekti yaradıb və xüsusilə istiqraz bazarına mənfi təsir göstərib.
“Tudor Investment Corp.” şirkətinin treyderi Aleksandr Filipp aprel ayında bazardakı dalğalanmalar səbəbindən təxminən 140 milyon dollar itki ilə üzləşib. Həmin dalğalanmaların əsas səbəbi kimi isə Trampın rüsum qərarı göstərilir.
Töhfə Səməd
tag: ABŞ,Gömrük,Rüsum,Fond,Bazar,İndeks,Məzənnə,Todaypress.az,