"Google" məhkəmədə uduzdu
"Google"nin keçmiş işçisi Ana Kantu şirkətin irqi ayrıseçkilik etməsi barədə şikayət edib.
TodayPress xəbər verir ki, iddia Kaliforniyanın "Santa Clara County" Ali Məhkəməsinin hakimi Çarlz Adams tərəfindən təsdiqlənib.
Şikayətdə şirkətin İspan, Latın, Yerli Amerika və digər etnik qruplardan olan işçilərin ağ və asiyalı həmkarlarına nisbətən daha aşağı maaşla işlədiyi bildirilib.
"Google" isə ayrıseçkilik ittihamlarını rədd etsə də, ardınca irqçiliklə bağlı iddiaya görə 28 milyon dollar ödəməyə razı olub.
Türkan İsgəndərli
tag: Google,Məhkəmə,İrqçilik,İşçi,Maaş,Uduzma,Todaypress.az,