“Google” Meksika körfəzini Amerika körfəzi kimi təqdim edəcək

Dünya

11.02.2025 13:40

1646

ABŞ-də "Google Maps"dən istifadə edənlər bu körfəzi "Amerika körfəzi", Meksikada olanlar "Meksika körfəzi" kimi görəcək. 

TodayPress xəbər verir ki, bu barədə şirkət açıqlama verib. 

Bildirilib ki,  dünyanın digər yerlərindən xəritəyə baxanlar üçün də bu körfəz "Meksika körfəzi" kimi görünəcək, "Amerika körfəzi" ifadəsi isə mötərizədə veriləcək.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Meksika körfəzinin adını “Amerika körfəzi” olaraq dəyişdirilməsi ilə bağlı fərman imzalayıb.

Aysel Mətləb

tag: Körfəz,ABŞ,Google Maps,Meksika,Todaypress.az,