"Google" milyonlarla dollar cərimə ödəyəcək
"Google" "Google Ads" reklam xidmətinə qarşı məhkəmə iddiasının həlli çərçivəsində 100 milyon dollar ödəyəcək.
TodayPress xəbər verir ki, bu barədə "The Verge" məlumat yayıb.
İddia 2011-ci ildə bir qrup reklamçı tərəfindən qaldırılıb.
Belə ki, onlar şirkəti seçilmiş bölgələrdən kənarda reklamlara gələn kliklərə görə haqsız ödəniş almaqda ittiham ediblər.
Şikayətçilər "Google"un Kaliforniyadakı rəqabət qanununu pozduğunu və reklamverənləri kampaniyalarının coğrafi hədəflənməsi ilə bağlı aldatdığını iddia edir.
Bundan əlavə, iddiaçılar şirkətin “Smart Pricing” proqramı çərçivəsində endirimlərin verilməsi üzrə öhdəliklərini yerinə yetirmədiyini qeyd ediblər.
"Google" sözçüsü Coze Kastaneda, işin on ildən əvvəl dəyişdirilmiş reklam məhsullarının köhnə xüsusiyyətlərini əhatə etdiyini və şirkətin prosesin başa çatmasından məmnun olduğunu söyləyib.
Barışıq sazişinin bağlanması hakimin təsdiqindən asılıdır.
Qeyd edək ki, iddia 2009-cu il iyunun 1-dən 2012-ci il dekabrın 13-dək "Google"un xidmətindən istifadə edən reklamçılara aiddir.
Töhfə Səməd
tag: Google,Dollar,Milyon,Cərimə,Todaypress.az,