Güclü yağışlar 100-dən çox insanın həyatına son qoydu

Dünya

11.04.2025 18:06

18

Hindistan və Nepalda leysan yağışları nəticəsində yüzdən çox insan həlak olub. 

TodayPress xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb. 

Bildirilib ki, Hindistanın şərqindəki Bihar ştatında fırtına nəticəsində 64 nəfər,ildırım vurması nəticəsində 25 nəfər həlak olub. 

Uttar Pradeş ştatında 20, Nalandada 18, Sivanda 2, Katihar, Darbanqa, Bequsaray, Baqalpur və Cehanabadda 1 ölüm hadisəsi baş verib. 

Sinoptiklər xəbərdarlıq ediblər ki, aprelin 12-dək Hindistanın şərqində və mərkəzi hissəsində leysan, tufan və güclü küləyin davam edəcəyi ehtimalı var. 

Türkan İsgəndərli

tag: Hindistan,Leysan,Yağış,Ölüm,Todaypress.az,