Günəş sistemində həyat izləri aşkarlandı

Dünya

17.04.2025 12:55

13

Kembric Universitetinin alimləri Günəş sistemindən kənarda həyatın izlərinə dair yeni kəşf ediblər. 

TodayPress xəbər verir ki, kəşf "James Webb" Kosmik Teleskopu vasitəsilə aparılıb.

Astronomlar K2-18b adlı ekzoplanetin atmosferində metan və karbon qazı aşkar ediblər. 

Məlumata görə, bu planet öz ulduzunun yaşayış zonasında yerləşir. Bu isə orada həyat üçün əlverişli şəraitin mövcud ola biləcəyini istisna etmir. 

Alimlər bildirirlər ki, Yer üzərində metan və karbon qazı adətən mikrob həyatı ilə əlaqələndirilir. Bu baxımdan kəşf, digər planetlərdə də həyat əlamətlərinin ola biləcəyini göstərir. 

Tədqiqatçılar qeyd edirlər ki, kəşfin təsadüfən meydana gəlməsi ehtimalı olduqca azdır.

Bununla belə, nəticələrin rəsmi elmi təsdiqi üçün əlavə araşdırmalara ehtiyac var. 

Yaxın vaxtlarda K2-18b planetinin atmosferinin daha dərindən öyrənilməsi planlaşdırılır. 

Türkan İsgəndərli

tag: Günəş Sistemi,Həyat,Aşkar,Alimlər,Todaypress.az,