Günəşdə 5 güclü partlayış baş verdi

Dünya

31.03.2025 09:46

1686

Martın 30-u Günəşdə beş partlayış baş verib.   

TodayPress xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu (IPG) məlumat yayıb. 

Bildirilib ki, ilk partlayış Bakı vaxtı ilə saat 01:38-də qeydə alınıb. Onun müddəti 33 dəqiqə olub.   

Ardınca daha 4 partlayış müşahidə olunub.   

Qeyd edək ki, bundan əvvəl martın 11-də Günəşdə güclü partlayış baş vermişdi.   

Türkan İsgəndərli

tag: GÜnəş,Partlayış,Qeydiyyat,Müşahidə,Todaypress.az,