Günəşdə güclü parlayış baş verdi
Fevralın 13-də Günəşdə M dərəcəli partlayış qeydə alınıb.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Hadisə Bakı vaxtı ilə saat 15:09-da baş verib.
"3987 (S06W21) günəş ləkələri qrupunda rentgen diapazonunda 8 dəqiqə davam edən M1.0 alışması qeydə alınıb" deyə bildirilib.
Qeyd edək ki, Günəşdəki partlamalar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur.
Töhfə Səməd
tag: Günəş ,Partlayış,Dərəcə,Rentgen,Güc,Todaypress.az,