Günəşdə güclü parlayış baş verdi

Dünya

01.04.2025 12:05

1489

Aprelin 1-də Günəşdə M dərəcəli partlayış qeydə alınıb.

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. 

Hadisə Bakı vaxtı ilə saat 10:46-da baş verib.   “4046 (N02E29) günəş ləkələri qrupunda rentgen diapazonunda 16 dəqiqə davam edən M5.6 alışması qeydə alınıb” institutdan bildirilib. 

Qeyd edək ki, Günəş alovları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur.

Növbəti hərfə keçərkən güc 10 dəfə artır.

Parlamalar adətən günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları Yerə çataraq maqnit fırtınalarına səbəb ola bilər.   

Töhfə Səməd

tag: GÜnəş ,Partlama,Müşahidə,Rentgen,ŞÜalanma,Todaypress.az,